PSJ fanatları etiraz edirlər

PSJ-nin fəal azarkeşləri "Park de Prens"i tərk etmək istəmirlər.

Sportline.az xəbər verir ki, onlar klub prezidenti Nasser Əl-Xəlafinin buunla bağlı ideyasına qarşı çıxıblar.

Bu haqda "RMC Sport" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə parisli fanatlar komandanın tarixi stadionundan ayrılmasını qəbul etməyəcəklərini açıqlayıblar.

Qeyd edək ki, klub rəhbərliyinin Fransa millisinin oyunlarını keçirdiyi "Sen Deni" arenasını almaq istəyi reallaşmayıb.