PSJ "Milan"ın ulduzuna göz dikib

PSJ yay transfer pəncərəsində heyəti ulduz futbolularla gücləndirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, parislilərin əsas hədəfi isə "Milan"ın vingeri Rafael Leaodur.

Bu haqda jurnalist Saber Desfrages X sosial şəbəkəsində məlumat yayıb. 

Onun sözlərinə görə, 24 yaşlı futbolçu Paris təmsilçisinə tranferin əleyhinə deyil və təklifi nəzərdən keçirməyə hazırdır. 

Portuqaliyalı futbolçu bu mövsüm çıxdığı 26 oyunda 6 qol və 6 asist müəllifidir.