"Qəbələ" rəsmisi 5 oyunluq cəzalandırıldı

AFFA İntizam Komitəsi "Qəbələ" klubunun meneceri Səbuhi Səfiyarlını 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb.

Sportline.az xəbər verir ki, buna bölgə təmsilçisi rəsmisinin "Turan Tovuz"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXX turunun matçında hakimləri təhqir etməsi səbəb olub.

"Qırmızı-qaralar" 4000 manat cərimələnib, Səfiyarlıya 3 ay sınaq müddəti təyin edilib.

Bundan əlavə, hər iki klub əlavə 700 manat ödəməli olacaq. "Qəbələ"nin 4, Tovuz klubunun 5 oyunçusu sözügedən qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.