"Real"ın futbolçusu təhqirə məruz qalıb

"Real"ın futbolçusu Orelyen Tçuameni "Malyorka" ilə oyunda xoşagəlməz halla üzləşib.

Sportline.az "Football Espana"ya istinadla xəbər verir ki, Madrid klubunun yarımmüdafiəçisi təhqirə məruz qalıb.

O, rəqib qapısına qolun sevincini yaşayarkən, "Malyorka"nın azarkeşlərindən biri meymun hərəkətləri nümayiş etdirib.

Bu azmış kimi, həmin fanat Tçuameniyə tərəf su qabı da tullayıb.

Qeyd edək ki, 1-0 hesabı ilə "Real"ın xeyrinə başa çatıb.