Su İdmanı Sarayının gimnastları Azərbaycan birinciliyinə yekun vurdu

Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyinə yekun vurulub.

Sportline.az xəbər verir ki, Su İdmanı Sarayının gimnastika komandası da bu yarışda uğurla çıxış edib və 13 medal qazanıb.

Onlardan 1-i qızıl, 1-i gümüş, 11-i isə bürünc medaldır.

Qeyd edək ki, birincilikdə 2013, 2014, 2015- ci il təvəllüdlü balacalar, 2011-2012-ci il təvəllüdlü yeniyetmələr, 2008-2010-cu il təvəllüdlü gənclər mübarizə aparıblar.