Surət Qarayev: "Vətənimə dünya çempionu kimi qayıtdım"

Portuqaliyanın Albufeyra şəhərində keçirilən dünya çempionatında kikboksinq üzrə Azərbaycan millisinin 13 medal qazandığı barədə məlumat vermişdik.

Sportline.az xəbər verir ki, onlardan biri də 95 kq çəki dərəcəsində dünya çempionu olan Surət Qarayevdir. Bütün rəqiblərini məğlub edən millimizin üzvü yekunda qızıl medal və kubok qazanıb.

Təəssüratlarını bölüşən idmançımız "Vətənimə dünya çempionu kimi qayıtdım" deyə bildirib.

Onun şəxsi məşqçisi Etibar Salehov isə Surətin həm boksda, həm də kikboksinqdə uğurlu nəticələrinin davamlı olacağını bildirib.