Ten Haq azarkeşlərə mesaj verdi

"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq komandanın hazırkı vəziyyəti ilə bağlı açıqlama verib.

Sportline.az xəbər verir ki, niderlandlı mütəxəssis çıxışında azarkeşlərə mesaj ünvanlayıb.

"Azarkeşlər səbrli olmalıdırlarmı? Bu, onların işidir, amma belə olmalıdır. Bütün çətinliklərə rəğmən öz səviyyəmizə uyğun oynayırıq. Bütün oyunçular pik formada olsa, daha yaxşısına ümid bəsləyə bilərik", - deyə Ten Haq bildirib.

Bu haqda Fabrisio Romano X sosial şəbəkəsində paylaşım edib.

Qeyd edək ki, "Mançester Yunayted" 32 turdan topladığı 50 xalla 7-ci pillədə qərarlaşıb.