UEFA yeni reytinq siyahısını açıqlayıb

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

Sportline.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, avrokuboklardakı son oyunlardan sonra siyahıda müəyyən dəyişiklik olub.

Yeni siyahıda da ən yaxşı göstəriciyə malik Azərbaycan klubu "Qarabağ"dır. 

Son cədvələ nisbətən bir pillə geriləyən "Qarabağ" 20.500 xalı olan BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) birgə 70-ci pilləyə şərikdir.

Digər klublarımızın mövqeyi dəyişməyib. “Qəbələ” aktivindəki 5.250 xalla “Voyvodina” ilə 191-ci pilləni bölüşür. “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3.825 xalla 244-cü yeri bölüşən 13 komanda arasında yer alıb.

Qeyd edək ki, son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən siyahıya 150,000 xala malik “Real” başçılıq edir.