Zinəddin Zidan qayıdır

Fransa futbolunun canlı əfsanəsi Zinəddin Zidan yenidən iş başına qayıdır.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolda ilk addımlarını atdığı "Marsel"i çalışdıra bilər.

Bu haqda Sport.es saytı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Zidan Əlcəzair millisindən də məhz bu səbəbə görə imtina edib.

Xatırladaq ki, Zidan 2021-ci ildə "Real"ı tərk etdikdən sonra gözləmə mövqeyində idi.