İkardi karyerasını ölkəsində davam etdirə bilər

“Qalatasaray”ın argentinalı futbolçusu Mauro İkardi komandasından ayrıla bilər.

Sportline.az “Ajansspor” saytına istinadən xəbər verir ki, “River Pleyt” yanvar ayında Mauro İkardini heyətinə qatmaq istəyir. Argentina klubunun rəsmiləri İkardinin meneceri ilə danışıqlara başladığı bildirilir.

Mauro İkardinin transfer dəyəri 15 milyon avro olaraq təyin edilib.

Qeyd edək ki, İkardi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 matçda 3 qol və 1 asistlə yadda qalıb.