Nihat Kahveci “Beşiktaş”lı futbolçu haqqında danışıb

“Beşiktaş” və Türkiyə millisinin sabiq hücumçusu Nihat Kahveci maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sportline.az “ntvspor.net”ə istinadən xəbər verir ki, Nihat Kahveci “Beşiktaş”ın gənc oyunçusu Semih Kılıçsoyun əsas heyətdə olmamasından narazıdır.

Baş məşqçi Covanni Van Bronkorstun Semihi əsas heyətdə meydana buraxmasını tələb edir.

Qeyd edək ki, Semih Kılıçsoy bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 matçda 2 asistlə yadda qalıb.