PAOK çempionluq yolunda daha bir zərbə alıb
Pley-off mövsümü davam edən Yunanıstan Super Liqasında 33-cü turun oyunları start götürüb.
Sportline.az xəbər verir ki, ilk olaraq Konfrans Liqasında “Klub Brugge”yə, daha sonra liqada “Olimpiakos”a məğlub olan PAOK 33-cü həftənin oyununda ciddi itki ilə üzləşib.
Səfərdə “Lamia”nın qonağı olan Saloniki təmsilçisi meydandan 1-1 hesablı bərabərliklə ayrılıb.
“PAS Lamia” 45+1-ci dəqiqədə Slivkanın vurduğu qolla irəli çıxsa da, 90+10-cu dəqiqədə Stefan Şvabın vurduğu qol PAOK-u məğlubiyyətdən xilas edib.
Bu nəticə ilə PAOK liqanın bitməsinə 4 həftə qalmış liderdən 4 xal geri düşüb.