“Real Madrid” “Olimpiakos”u sınağa çəkəcək

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, “Real Madrid” “Karalskaki” stadionunda “Olimpiakos”la qarşılaşacaq.

“Los blankos”da David Alaba, Franko Mastantuono, Antonio Rudiger, Dani Karvaxal və Eder Militao baş məşqçi Xabi Alonsonun sərəncamında olmayacaq.

Meydan sahiblərində Aleksander Paskalakis və Bruno Onyemaeçi görüşün iştirak ərzəsində yer almayıb.

Qeyd edək ki, “Olimpiakos” – “Real Madrid” matçı bu gün Bakı vaxtı ilə saat 12-də başlanacaq.

Oyunda söz sahibi ingiltərəli hakim Maykl Oliver olacaq.