Rusiya güləşində növbəti qalmaqal: Kütləvi davaya görə çempionat dayandırıldı
Hadisə Yakutiyada keçirilən sərbəst güləş üzrə ölkə çempionatında yaşanıb. SportLine.az xəbər verir ki, Rusiya olimpiya seçməsinə namizədlər İsmayıl Musukayevlə Viktor Lebedevin 4-də bir final görüşü qalmaqalla yekunlaşıb. Hakimlərin qərarı ilə haqlı olaraq razılaşmayan dağıstanlı idmançı qarşılaşmadan sonra rəqibi ilə münasibətləri aydınlaşdırmağa çalışıb. OMON-un müdaxiləsinə rəğmən kütləvi davanın qarşısını almaq mümkün olmayıb.