10 il sonra "Vest Hem"dən ayrılır
"Vest Hem Yunayted"in yamaykalı hücumçusu Maykl Antoniyo klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.
35 yaşlı futbolçu 2015-ci ildən "Vest Hem"in şərəfini qoruyur.
Qeyd edək ki, Antoniyonun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 700 min avrodur.