11-ci dəfə Braziliya çempionu oldular
Braziliya çempionatında bu mövsümün qalibi müəyyənləşib.
Sportline.az xəbər verir ki, "Palmeyras" bu mövsümün sonunun başa çatmasına 3 tur qalmış çempionluğu rəsmiləşdirib. Komanda Braziliya A Seriyasının 35-ci turunun matçında “ Fortaleza ”nı məğlub edərək(4:0) buna nail olub.
35 turdan sonra "Palmeyras"ın 77 xalı var. Komanda ən yaxın izləyicisi "İnternasional"la fərq 13 xaldır.
Beləliklə, "Palmeyras" tarixində 11-ci(1960, 1967, 1967, 1969, 1972, 1973, 1993, 1994, 2016, 2018, 2022) Braziliya çempionu olub. Bu, rekord göstəricidir.