110000 futbolçumuz var
“Futbola Qoşul” onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyata alınanların sayı 110000 nəfərə çatıb. Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan futbol ailəsinin həmin üzvü "Məktəbli Kuboku” turnirində çıxış edən Elmir Ramin oğlu Mircavadlıdır. 9 noyabr 2004-cü ildə dünyaya gələn E. Mircavadlı Masallı rayon S.Tağıyev adına 4 saylı məktəbin 7-cı sinif şagirdidir.