116 milyonluq futbolçu buna inanmır

"Arsenal"ın ulduz futbolçu Deklan Rays yeni açıqlaması ilə gündəmə gəlib.

Sportline.az jurnalist və insayder Mark Mann-Bryansa istinadla xəbər verir ki, futbolçu "Arsenal"a keçidindən danışıb.

“Mən 116 milyona alınan futbolçuyam. Bu çox tanınan bir hiss deyil. Əvvəllər düşünürdüm ki, mənim üçün Deklan Rays olmaq, özüm olmaq və başqalarından fərqlənməmək kifayətdir”, – deyə Rays bildirib.

Qeyd edək ki, futbolçu yay transfer pəncərəsində 116,6 milyon avroya "Vest Hem"dən "Arsenal"a keçib.