1/4 final: Azərbaycan millisinin rəqibi bəlli oldu

Serbiyada keçirilən futzal üzrə Avropa çempionatında qrup mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, artıq 1/4 final mərhələsinin bütün iştirakçıları bəllidir.

Yarışda mübarizəni davam etdirən Azərbaycan seçməsi yarımfinala adlamaq üçün Rusiya səddini aşmalıdır. Son Avropa çempionatında finala qədər irəliləyən Rusiya millisi ilə qarşılaşmanın çətin olacağı indidən bəllidir. 

Digər 1/4 final cütlükləri isə belədir:

Serbiya - Ukrayna
Portuqaliya - İspaniya
Qazaxıstan - İtaliya

Qeyd edək ki, 1/4 final mərhələsinin görüşləri bu gün start götürəcək. Azərbaycan seçməsi isə sabah, Bakı vaxtı ilə saat 21:30-da meydana çıxacaq.