14 ildən sonra gələn çempionluq
Argentina Premyer Liqasında "Estudiantes" komandası 14 il sonra çempionluq yaşayıb.
Sportline.az Habertürk.com-a istinadla xəbər verir ki, "Estudiantes" final qarşılaşmasında "Velez"lə üz üzə gəlib.
Əsas vaxtı 1-1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında qalib gələn (4-3) "Estudiantes" kubokun sahibi olub.
Qeyd edək ki, bir vaxtlar "Trabzonspor", "Beşiktaş" və "Fənərbağça"nın formasını geyinən Jose Sosa ("Estudiantes") 46 dəqiqə meydanda olub.