15 yaşlı futbolçu tarixi düşdü

İtaliyanın "Bolonya" klubunun gənc futbolçusu Uizdom Ami A seriyasının tarixinə düşüb.

Sportline.az xəbər verir ki, çempionatın 36-cı turunda "Cenoa" ilə görüşdə (0:2) meydan çıxan 15 yaşlı müdafiəçi A seriyasında debüt edən ən gənc futbolçu olub. Ami bunu 15 yaş 9 aylığında bacarıb.

Bundan əvvəlki rekord isə Amedeo Amedey və Petro Pelleqriyə məxsus idi. Bu futbolçular 15 yaş 280 günlük olarkən ilk oyunlarına çıxmışdı.