185 gün sonra

"Qəbələ"nin fransalı futbolçusu Baqali Dabo 185 gündən sonra rəqib qapısına yol tapıb. SportLine.az xəbər verir ki, futbolçu Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab matçında - "İnter"lə görüşdə fərqlənib. 

Qeyd edək ki, Dabo sonuncu dəfə ötən il oktyabrın 2-də "Qarabağ"ı məyus etmişdi.

Banner