2-ci gün, 1 medal

Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 44-cü beynəlxalq turnir davam edir. 

SportLine.az xəbər verir ki, turnirdə iştirak edən böyüklərdən ibarət sərbəst güləş üzrə seçmə komandanın üzvləri ikinci yarış gününü 1 bürünc medalla başa vurub. 

125 kq çəki dərəcəsində mübarizə aparan Cəmaləddin Məhəmmədov yığma komandamıza növbəti medalı qazandıran idmançı olub. 

Xatırladaq ki, sərbəst güləşçilərimiz İstanbul turnirinin ilk yarış günündə isə 1 gümüş və 3 bürünc medal qazanıb.

Turnirin son günündə 65, 86 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulacaq.