20 ildən sonra A seriyasına yüksəldilər

İtaliya A seriyasına vəsiqə qazanan daha bir komanda müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu, "Venetsiya"dır. Komanda elitaya yüksəlmək üçün keçirilən pley-offda "Çitadella"nı üstələyərək (1:0, 1:1) A seriyasına vəsiqə qazanıb.

Qeyd edək ki, "Venetsiya" sonuncu dəfə 20 il əvvəl A seriyasında çıxış edib.

Banner