2024-cü ilin ən yaxşı komandası adına namizədlər açıqlanıb
"Globe Soccer Awards" 2024-cü ildə Avropanın ən yaxşı komandası adına namizədləri açıqlayıb.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, siyahıda "Arsenal", "Atalanta", "Barselona", 'Bayer", "Bavariya", "Borussiya Dortmund", "Brest", "Jirona", "İnter", "Liverpul", "Mançester Siti', "Monako", PSJ, "Real Madrid" və 'Sportinq" komandaları yer alıb.
Ən yaxşı qadın komandası adı uğrunda isə "Roma", "Barselona", "Bavariya", "Çelsi", "Yuventus", "Lion", "Mançester Siti", PSJ, "Real Madrid" və "Volsburq" mübarizə aparacaq.
Qeyd edək ki, Çempionlar Liqasının 2023/2024 mövsümünün finalında "Real Madrid" ilə "Borussiya Dortmund" qarşılaşacaq.
Avropa Liqasının finalında "Bayer Leverkuzen" və "Atalanta" komandaları görüşəcəklər.
Avropanın ən nüfuzlu 3-cü klub turniri Konfrans Liqasında isə "Olimpiakos" "Fiorentina" ilə münasibətləri aydınlaşdıracaq.