22 idmançımız Neapolda yarışacaq

Bu gün İtaliyanın Neapol şəhərində XXX Yay Universiadası start götürəcək.

Sportline.az xəbər verir ki, yarışda ölkəmizi bədii gimnastika, idman gimnastikası, cüdo, taekvondo, atletika, qılıncoynatma üzrə 22 idmançı təmsil edəcək. Yarışlar iyulun 14-dək davam edəcək.

Xatırladaq ki, Çinin Taypey şəhərində təşkil olunan XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan idmançıları üç qızıl, bir gümüş, dörd bürünc medal qazanaraq yekun siyahıda 24-cü yerdə qərarlaşıblar.