40 illik həsrətə son qoydu
Meksika millisi 2026-cı il dünya çempionatında tarixi uğura imza atıb.
Sportline.az xəbər verir ki, Şimali Amerika təmsilçisi 1/16 final mərhələsində Ekvador üzərində 2:0 hesablı qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.
Bu nəticə ilə meksikalılar dünya çempionatlarında 40 ildən sonra ilk dəfə pley-offun ilk mərhələsini keçib.
Meksika yığması sonuncu dəfə 1986-cı ildə keçirilən mundialda ilk pley-off matçından qalib ayrılmışdı. Sonrakı 8 mundialda isə meksikalılar 1/8 finala yüksələ bilməmişdilər.
Qeyd edək ki, Meksika növbəti mərhələdə İngiltərə – Konqo DR cütünün qalibi ilə qarşılaşacaq.