5 idmançı və 1 məşqçi yarışlardan diskvalifikasiya olundu

Rusiyada 5 idmançı və bir məşqçi yerli federasiyalar və anti-dopinq komissiyasının İntizam Komitəsinin qərarı ilə müxtəlif müddətə yarışlardan diskvalifikasiya olunublar. SportLine.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın anti-dopinq agentliyi olan RUSADA məlumat yayıb.

Yüngül atletika ilə məşğul olan Alyona Kudaşkina 2 il 6 ay, Mariya Nikolayeva 4 il, velosipedçilərdən Viktor Podoynikov və Nikolay Denisov 9 ay, triatlon idmanı ilə məşğul olan Artem Arsyonov isə 4 il müddətinə yarışlardan uzaqlaşdırılıb.

Bundan başqa yüngül atletika üzrə məşqi Lyudmila Fedoriva anti-dopinq qaydalarına əməl etmədiyi üçün 4 il müddətinə cəzalandırılıb.