"5 yaşındakı uşaq da deyər ki, "qırmızı vərəqədir"

"Alanyaspor" - "Fənərbağça" oyunu ilə bağlı qalmaqallar səngimək bilmir.

Sportline.az xəbər verir ki, "Alanyaspor"un prezidenti Həsən Çavuşoğlu oyunla bağlı açıqlamalarında od püskürüb.

"21-ci dəqiqədə matçın taleyi ilə oynanıldı. Həmin epizod 100 faiz qırmızı vərəqə idi. Bunu 5 yaşında uşaq da deyər. Hakim əlini arxa cibinə apardı. Sonra əlini qulağına aparıb, qərarını dəyişdi və sarı vərəqə verdi. 2-ci penalti isə penalti deyildi. Mən belə penalti görməmişəm. Türkiyə futbolu xaosdur. Bu formada Anadolu klublarının yaşamaq şansı yoxdur".