72 yaşlı məşhur gənc sevgilisi ilə əl-ələ

Türkiyənin məşhur futbol eksperti Erman Toroğlu gənc qadınla əl-ələ görüntülənib.

Sportline.az xəbər verir ki, 72 yaşlı keçmiş hakim İstanbulda gəzərkən obyektivlərə tuş gəlib.

Fotolarının çəkildiyinin fərqinə varan qadın dərhal Toroğlunun əlini buraxıb.

Bundan əvvəl Toroğlu ilə əl-ələ dolaşan qadın yolun əks tərəfinə keçərək gəzməyə təkbaşına  davam edib.

Qeyd edək ki, Toroğlu 1974-cü ildə evləndiyi Şükran Toroğludan 2017-ci ildə boşanıb. Onların bu evlilikdən iki övladı var.