A Seriyada ayın ən yaxşısı

İtaliya A Seriyasında oktyabr ayının ən yaxşı futbolçusu açıqlanıb.

Sportline.az xəbər verir ki, bu ada "İnter"in hücumçusu Lautaro Martines layiq görülüb.

Səsvermənin nəticəsinə görə, argentinalı hücumçu "Yuventus"un müdafiəçisi Bremerlə "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanı qabaqlayıb.

Qeyd edək ki, Lautaro oktyabrda keçirdiyi 3 oyunda rəqib qapılarına iki dəfə yol tapıb.