ABŞ 1/8 finalda, İspaniya Avstriyaya qarşı
DÇ-2026-da 1/16 final mərhələsi davam edir.
Sportline.az xəbər verir ki, bu gün daha iki görüş keçirilir.
Bakı vaxtı ilə saat 04:00-da başlayacaq oyunda ABŞ-la Bosniya və Herseqovina milliləri üz-üzə gəlib. Matç ABŞ-ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Onlar 1/8 finalda Belçikaya rəqib olub.
Digər görüşdə isə İspaniya Avstriya ilə qarşılaşacaq. Bu cütün qalibi 1/8 finalda Portuqaliya - Xorvatiya cütünün güclüsü ilə üz-üzə gələcək.
2 iyul
DÇ-2026
1/16 final
04:00. ABŞ - Bosniya və Herseqovina - 2:0
Qollar: Folarin Balogun, 45, Malik Tillman, 82
23:00. İspaniya – Avstriya