"Abşeron"dan yeni transfer

"Abşeron" heyətini ABŞ-dən olan basketbolçu ilə gücləndirib.

Bu barədə Sportline.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

25 yaşlı oyunqurucusu Ayinde Hikkim mövsümün sonuna qədər komandanın formasını geyinəcək.

O, ilk olaraq ölkəsində "La Salle University Explorers" klubunda çıxış edib. Ayinde Hikkim daha sonra 3 mövsüm Massaçusets Universitetinin "Lowell River Hawks" komandasının şərəfini qoruyub.

Qeyd edək ki, "Abşeron" buna qədər Jaja Devislə yollarını ayırıb, Ömər Yavaşla isə mövsümün sonuna qədər müqavilə imzalayıb.