Acun Ilıcalı: “Ədalət istəyirik”

“Fənərbağça” klubunun vitse-prezidenti Acun Ilıcalı maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, Beyaz Futbol verlişinə müsahibə verən Acun Ilıcalı hakimlərin Türkiyədə düzgün futbol idarə etmədiyini bildirib.

“Türk futbolunda qəribə şeylər olur. Bunu başa düşmək çox çətindir. Hakimlər ədalətli şəkildə matç idarə etmirlər. Mertens 10 dəqiqə ərzində rəqibə 2 dirsək zərbəsi endirir amma, hakimlər qırmızı vərəqə göstərmir. Liqa bu şəkildə davam edə bilməz. “Fənərbağça” və digər komandalara qarşı haqsızlıq edilir” – deyə Acun Ilıcalı bildirib.

Qeyd edək ki, Acun Ilıcalı bu ilin iyun ayının 9-u rəsmi olaraq “Fənərbağça”nın vitse-prezindenti vəzifəsinə təyin edilmişdir.