“Adana Demirspor”un prezidenti dəyişdi

Superliqa komandalarından olan “Adana Dəmirspor”un prezidenti Murat Sancak tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Murat Sancak bu səhər klubdan ayrıldıqı bildirilib. Yeni prezident isə Bedirhan Durak təyin edilib.

Bedirhan Durak bu gündən etibarən vəzifəsinə başlayacaqı gözlənilir.

Qeyd edək ki, Murat Sancakın istefa verməsinə səbəb klubun bu mövsüm uğursuz çıxış etməsi olub.