Ademula Lukman İngiltərə nəhənginə keçə bilər
"Atalanta"nın nigeryalı forvardı Ademula Lukman mövsümün sonunda klubdan ayrılmağa hazırlaşır.
Sportline.az "The Sun Football" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" Lukmanı transfer etmək niyyətindədir.
27 yaşlı futbolçunun meceri "Mançester Yunayted"lə təmas halındadır.
Qeyd edək ki, Lukmanın transfer qiyməti 60 milyon avrodur.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 36 matçda 18 qol 7 məhsuldar ötürmə müəllifi olub.