Adı “Qalatasaray”la hallanan Osayinin paylaşımı

“Fənərbağça”nın 26 yaşlı nigeryalı futbolçusu Osayi Samuelin “Qalatasaray”a transfer olacağı iddiasının yalan olduğunu bildirib.

Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, futbolçu öz “instaqram” hesabında “Fənərbağça” formasıyla şəkil paylaşaraq heç bir kluba getmədiyini qeyd edib.

Qeyd edək ki, Osayi Samuel “Fənərbağça”ya 2021-ci ilin yanvar ayında “Ques Park Rencers” klubundan transfer olunmuşdu.