Adil Əliyev milli üzvlərilə görüşdü
Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev federasiyanın gənclər və yeniyetmələrdən ibarət milli komandasının idmançılarını qəbul edib.
Sportline.az xəbər verir ki, qəbul zamanı fəxri prezident Adil Əliyev idmançılara öz məsləhətlərini verib və gələcək idman karyeralarında uğurlar arzulayıb.
Baş məşqçi Hikmət Hacıyev Adil Əliyevə göstərdiyi diqqət və qayğıya görə öz və idmançıları adından dərin təşəkkürünü bildirib.