Adnan Yanuzay "Başakşehir"dəAdnan Yanuzay "Başakşehir"də

"Sevilya"nın futbolçusu Adnan Yanuzay karyerasını "Başakşehir"də davam etdirəcək.

Sportline.az Türkiyə klubunun saytına istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında İstanbul təmsilçisində oynayacaq.

Qeyd edək ki, Yanuzay 2022-ci ilin avqustunda ispan klubuna transfer olunub. O, bu komandada 6 matçda meydana çıxıb.