Adriyen Rabiyonun yeni klubu bilindi
Fransa millisin 29 yaşlı yarımmüdafiəçisi Adriyen Rabiyo karyerasını ölkəsində davam etdirəcək.
Sportline.az məşhur futbol jurnalisti Fabrisio Romanoya istinadən xəbər verir ki, Adriyen Rabiyo yeni mövsümdən etibarən “Olimpik Marsel”in formasını geyinəcək.
Futbolçunun meneceri və klubun rəhbər şəxsləri transfer məsələsində razılıq əldə ediblər.
Tərələrin 2 illik müqaviləyə imza atacağı bildirilir.
Qeyd edək ki, Rabiyo daha öncə “Pari Sen Jermen”, “Tuluza” və “Juventus” kimi klubların şərəfini qoruyub.