AFFA 9 komandaya texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi 9 komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

Sportline.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.

AFFA Region Liqasında keçirilməli olan "Mübariz FA" - "Real" FK oyunu "Mübariz FA"nın təhlükəsizliyi (polis) təmin etmədiyinə görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib. Həmin çempionatda mübarizə aparan "Ağsu Siti" ("Ağcabədi" ilə matç) və "Olimpik Sabirabad" ("Aran" ilə görüş) da eyni cəzanı alıblar. 

AFFA U-14 Liqasında "Araz Baku" "Neftçi" İK ilə görüşdə təyin olunan vaxtda meydanda olmayıb. Həmin çempionatdakı "Difai" "Kürdəmir"lə qarşılaşmada protokolu vaxtında tərtib etməyib. Sözügedən komandalar da texiki məğlubiyyət alıblar.

Bu yarışın digər iştirakçılarından "Hindarx"ın "Ağdam"la oyununda, "Qax 1967"in isə "Kürmük"lə (Qax) görüşdə heyətlərində yetərsay olmayıb. Hər iki komanda texniki məğlubiyyətlə üzləşib.

U-13 Liqasında "Göztəpə Bakı" "Real Leon"la qarşılaşmada vaxtında meydana olmayıb. "Ümid" komandasında isə "Gəncəvi" ilə matçda yetərsay olmayıb. Bu klublar da texniki məğlubiyyətlə cəzalandırılıblar.