AFFA Azərbaycan - Almaniya görüşündən nə qədər qazanıb?
AFFA 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – Almaniya oyunundan əldə olunan gəliri açıqlayıb.
SportLine.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, matçın bilet və SkyBox satışından, həmçinin hospitality (qonaqpərvərlik) xidmətindən AFFA-nın büdcəsinə ƏDV daxil olmaqla 204 min 691 AZN pul vəsaiti daxil olub.
Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.