AFFA cəzaları açıqladı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SportLine.az PFL-in saytına istinadən xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının VIII turunun oyunlarında baş verənlər müzakirə olunub.
“Zirə” ilə səfər oyununda qırmızı vərəqə alıb, “Neftçi”ni azlıqda qoyan Rahil Məmmədov 1 oyunluq kənarlaşdırılıb. O, komandasını 200 manat ziyana salıb.
“Qəbələ” ilə ev matçında 4 futbolçusu sarı vərəqə alan “İnter”in cəriməsi isə 800 manat təşkil edib.