AFFA cəzaları açıqladı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SportLine.az xəbər verir ki, yığıncaqda Topaz  Premyer Liqasının X turunun matçlarında yaşananlar müzakirə olunub.

“Zirə” – “Kəpəz” oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimə olunub. Qarşılaşmanın 70-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat ziyana düşüb.

“İnter” – “Sumqayıt” matçının 83-cü dəqiqəsində meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. Meydan sahibləri oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimələnib.

Banner