AFFA-nın baş katibi Gəncədə
AFFA-nın baş katibi Sərxan Hacıyev Gəncə şəhərinə səfər edib.
Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, səfərdə baş katib Gəncə şəhər stadionunun ərazisində AFFA tərəfindən tikintisi davam etdirilən Futbol Akademiyasında inşaat işlərinin gedişi ilə maraqlanıb.
"Kəpəz" Futbol Klubunun İdarə Heyətinin sədri İlqar Nadiri həyata keçirilən işlər barədə ətraflı məlumat verib.