AFFA Ramazan Abbasovu cəzalandırdı
AFFA İntizam Komitəsi (İK) növbəti dəfə iclas keçirib. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, budəfəki toplantıda I divizionun V turunda qeydə alınan neqativ hallar müzakirə edilib.
Cəzalandırılanların sırasında Azərbaycan yığmasının sabiq futbolçusu Ramazan Abbasov və onun klubu “Səbail” də olub.
İK-in qərarına görə, “Energetik” – “Səbail” matçında 87-ci dəqiqəsində qonaqların futbolçusu Ramazan Abbasov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub isə 160 manat cərimə olunub.