AFFA rəsmisi UEFA-dan təyinat alıb
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Sportline.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsi çərçivəsində oktyabrın 23-də keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) - “Şelburn” (İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma Skopye şəhərində yerləşən Todor Proeski adına milli stadionda keçiriləcək.