AFFA "Sumqayıt"ı cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

SportLine.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, iclasda aşağıdakı qərar qəbul edilib:

Topaz Premyer Liqasının I turunun “Sumqayıt” – “Kəpəz” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.