AFFA-ya əlavə bir milyon avro ayrılacaq
UEFA-nın üzvü olan bütün milli assosiasiyalara 1 milyon avro əlavə vəsait ayrılacaq. Sportline.az xəbər verir ki, bu barədə qitə ali futbol qurumunun rəhbəri Aleksandr Çeferin açıqlama verib. "Biz hər bir assosiasiyaya cari tsikl üçün əlavə olaraq, 1 milyon avro ayırmağı qərara aldıq. Belə ödənişlər UEFA-nın yaxşı maliyyə nəticələri və uğurlu turnirlər sayəsində mümkün oldu" deyə sloveniyalı funksioner bildirib. Qeyd edək ki, UEFA-nın tərkibinə 55 milli assosiasiya, o cümlədən AFFA daxildir.