Ağırlıqqaldırma üzrə seçmə komandada yeni baş məşqçi
Ağırlıqqaldırma üzrə Azərbaycan seçmə komandasının baş məşqçi postunda dəyişiklik edilib.
Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə, Tofiq Heydərov işlərinin çoxluğu səbəbindən istefa verib. Onun yerinə gənc mütəxəssis Asif Məmmədov təyin edilib. Heydərov fəaliyyətini federasiyanın vitse-prezidenti kimi davam etdirəcək.